Səudiyyə Ərəbistanı hakimiyyəti bu ilin əvvəlindən başladığı terrorçuluğa qarşı mübarizə kampaniyasını davam etdirdiyini bildirib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, əgər bu ilin fevralında terrora qarşı qanun qəbul edilmişdisə, indi bu cinayətə qarşı mübarizədə hüquq-mühafizə orqanlarına yardım edənlərə pul mükafatı veriləcək.
Yerli KİV-in məlumatına əsasən, hakimiyyəti bunun üçün 27 min dollardan 2 milyon dollaradək mükafat təyin edib.
Bundan başqa Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi əhali arasında ingilis və ərəb dillərində «Terrorçuluq din deyil» başlığı altında broşur yayıb.