Sərxoş kişi metroda atəş açdı
21 mart 2017 21:10 (UTC +04:00)

Sərxoş kişi metroda atəş açdı

Ukraynanın Xarkov şəhərində metroda silahlı insident baş verib.

 

APA-nın “112 Ukrayna” agentliyinə istinadən verdiyi xəbərə görə, 31 yaşlı Xarkov vilayəti sakininin travmatik pistoletdən açdığı atəş nəticəsində  bir nəfər yaralanıb.

 

Ayağından yaralanan 29 yaşlı oğlan xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs  polis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, o, sərxoş vəziyyətdə olub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparlır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar