Senatorlardan Trampa Rusiyaya dair çağırış
10 fevral 2017 00:19 (UTC +04:00)

Senatorlardan Trampa Rusiyaya dair çağırış

Bir qrup respublikaçı-senator ABŞ prezidenti Donald Trampa məktub ünvanlayaraq, onu   Rusiyaya qarşı sərt mövqe tutmağa çağırıb.  

 

APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, senatorlar məktubda Trampı Rusiyaya qarşı daha prinsipial siyasət aparmağa və Kremlin Ukrayna və Suriyaya dair siyasəti dəyişməyincə, Rusiyaya qarşı mövcud sanksiya rejimini saxlamağa çağırıblar.  

 

Məktubda həmçinin, Rusiyanın prezident seçkiləri dövründə kiber hücumlar törətdiyi iddia edilir.  Müraciətdə həmçinin qeyd olunur ki, ABŞ Suriyanın gələcəyi ilə bağlı Rusiya ilə hər-hansı hərbi və ya diplomatik razılığa  gəlməməlidir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar