Hava zərbəsində 18 dinc sakin öldü- "SƏHVƏN OLUB" dedilər
12 fevral 2017 23:17 (UTC +04:00)

Hava zərbəsində 18 dinc sakin öldü- "SƏHVƏN OLUB" dedilər

Əfqanıstanın Gilmənd əyalətində beynəlxalq qüvvələrin endirdiyi hava zərbəsi nəticəsində 18 dinc sakin ölüb.

 

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Əfqanıstandakı missiyasından  (MOONSA) məlumat verilib.

 

Məlumata əsasən, hava zərbəsini yalnışlıqla beynəlxalq qüvvələrə məxsus təyyarələr endirib. İnsidentin fevralın 9-a Gilmənd əyalətinin Sanqin rayonunda baş verdiyi bildirilir: “Aviazərbənin hədəfi hökumətə qarşı qüvvələr olsa da, nəticədə qadınlar və uşaqlar daxil olmaqla, 18 dinc sakin həlak olub”.

 

Məlumatda həmçinin bildirilir ki, fevralın 11-də Gilmənd əyalətində törədilən terror aktı nəticəsində azı 7 dinc sakin ölüb, bir çoxu isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar