Türkiyə və Rusiya xarici işlər nazirləri Antalyada görüşür
28 mart 2019 13:35 (UTC +04:00)

Türkiyə və Rusiya xarici işlər nazirləri Antalyada görüşür

Sabah Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Serqey Lavrov arasında görüş olacaq. 
 
ONA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 
 
Bildirilir ki, görüş iki ölkənin xarici işlər nazirlərinin sədrliyi ilə Antalyada baş tutacaq Birgə Strateji Planlaşdırma Qrupunun 7-ci iclası çərçivəsində keçiriləcək. 
 
İclasda rəsmi Ankara və Moskva arasında əlaqələr müzakirə ediləcək, həmçinin gündəmdə olan beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılacaq. İclasın yekununda Türkiyə və Rusiya xarici işlər nazirləri arasında 2019-2020-ci illər üçün Məşvərət Planı imzalanacaq.
 
Qeyd edək ki, aprelin 8-i Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfəri çərçivəsində prezident Vladimir Putinlə görüşəcək. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 690
avatar

Oxşar yazılar