Rusiyaya məxsus sərnişin təyyarəsi məcburi eniş etdi
Rusiyanın Sankt-Peterburq şəhərindən Vladikavkaza uçan “Pobeda” aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin qəfildən ölməsi səbəbindən Volqoqrad hava limanına məcburi eniş edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Volqoqrad hava limanı xəbəri təsdiqləyərək, 62 yaşlı sərnişinin xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.
Təcili Tibbi yardım briqadasının vaxtında təyyarənin qarşısına gəlməsinə baxmayaraq, xəstənin artıq havada olarkən keçindiyi bildirilir.
1064