Rusiyanın İrkutsk vilayətində daşqınlar nəticəsində ölənlərin sayı artaraq 14 nəfərə çatıb, daha 13 nəfərin itkin düşdüyü bildirilir.
APA xəbər verir ki, bu barədə “TASS” agentliyinə yerli xilasetmə xidmətindən məlumat verilib.
“Son məlumata görə, 14 nəfər ölüb, 13 nəfər itkin düşüb, xəstəxanalara 153 nəfər, eləcə də bir uşaq yerləşdirilib”, - məlumatda belə deyilir.
Buna qədər təbii fəlakət nəticəsində 12 nəfərin öldüyü qeyd olunurdu.