Rusiyada bu təyyarələrdən istifadə qadağan edildi
20 mart 2018 19:55 (UTC +04:00)

Rusiyada bu təyyarələrdən istifadə qadağan edildi

Rusiyada "An-148" təyyarələrinin istismarı dayandırılıb.

 

 

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiyanın Nəqliyyat Sahəsində Federal Nəzarət Xidmətinin rəhbəri Viktor Basarqin bildirib.

 

Eyni zamanda yoxlamalar başa çatana qədər "Saratov aviayolları" şirkətinə məxsus bütün təyyarələrinin uçuşları dayandırılıb.

 

Qeyd edək ki, bu il fevralın 11-də yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan "Saratov aviayolları" şirkətinə məxsus "An-148" tipli təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Qəza nəticəsində 65 sərnişin və 6 heyət üzvü həyatını itirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352
avatar

APA Baycan

Oxşar yazılar