Rusiyada 4 nəfər dəm qazından zəhərlənib öldü
03 fevral 2018 03:24 (UTC +04:00)

Rusiyada 4 nəfər dəm qazından zəhərlənib öldü

0

Rusiyanın Saratov vilayətində 4 nəfər dəm qazından zəhərlənərək ölüb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Marks şəhərində qeydə alınıb.

 

Məlumata görə, ölənlər 1984-cü il təvəllüdlü qadın, onun 2008-ci il təvəllüdlü qızı, 1996-cı il təvəllüdlü oğlan və 1999-cu il təvəllüdlü qızdır.

 

Onların meyiti yaşadıqları evdə aşkarlanıb.

 

Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar