Rusiya və Türkiyə qərargah rəisləri Suriya üzrə birgə addımlar və informasiya mübadiləsi məsələlərində koordinasiyanın gücləndirilməsinə dair razılığa gəliblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, Rusiya təyyarəsinin Suriyada səhvən endirdiyi aviazərbə nəticəsində 3 türk əsgəri ölüb, 11 nəfər yaralanıb.
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarına Suriyada baş verən hadisə ilə əlaqədar başsağlığı verib.