Rusiya və İran birgə hərbi təlimlər keçirəcək
29 iyul 2019 22:01 (UTC +04:00)

Rusiya və İran birgə hərbi təlimlər keçirəcək

 

İran və Rusiya yaxın gələcəkdə Hörmüz boğazı və Fars körfəzində müştərək hərbi təlim keçirəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi deyib.

O bildirib ki, bu təlimlər ilin sonunadək təşkil olunacaq: "Tezliklə müştərək təlimin təşkili üçün kordinasiya iclası keçiriləcək".

Sankt-Peterburqda Rusiya Hərbi Dənizçilik günü ilə bağlı tədbirdə İranı təmsil edən H.Xanzadi bildirib ki, səfər çərçivəsində İran və Rusiya arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə dair saziş də imzalanıb.

Xəzər dənizində hərbi əməkdaşlığın inkişaf etdirilməsinə dair Xəzəryanı ölkələrin nümayəndələri ilə də görüşlər keçirdiyini deyən H.Xanzadi qeyd edib ki, Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanları arasında öncədən əməkdaşlıq üçün saziş imzalanıb, danışıqlarda  müqavilənin təkmilləşdirilməsi haqqında müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42