Rusiya OPEK-ə üzv olan və olmayan ölkələr arasında əldə olunan razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra edir və neft hasilatının mərhələli azaldılması prosesinə başlayıb.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
O, həmçinin qeyd edib ki, hasilat həcminin azaldılması neft şirkətlərinin planlarını qabaqlayır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl neft hasilatının azaldılmasına dair Rusiya tərəfinin üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini bildirib.