Rusiya DİN Pokrovsk bazarında baş verənlərə münasibət bildirib
03 aprel 2013 17:36 (UTC +04:00)

Rusiya DİN Pokrovsk bazarında baş verənlərə münasibət bildirib

“Moskvanın Pokrovsk meyvə-tərəvəz bazasında xüsusi təyinatlı polis tərəfindən aparılan yoxlama planlı reyd olub”. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, reydin məqsədi bazada fəaliyyət göstərən şəxslərin qeydiyyatının yoxlanması və digər məsələlər olub. DİN-dən xüsusi təyinatlıların keçirdiyi reyd barədə ətraflı məlumat verə bilməyəcəklərini söyləyiblər.

 

Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov isə APA-ya açıqlamasında Pokrovsk bazasında baş verənlərin onun nəzarətində olduğunu söyləyib: “Bu, hər zaman keçirilən reydlərdən biridir. Xüsusi təyinatlı polis dəstələri bazarda fəaliyyət göstərənlərin qeydiyyat vərəqələrini yoxlayırlar. Bu, onların işidir. Polis tərəfindən müxtəlif bölmələrə aparılan şəxslərin xəstəliklərinin olub-olmadığı da yoxlanılacaq”.

 

E. Səmədov “OMON”un bu reydinin təkcə azərbaycanlılara qarşı olmadığını söyləyib: “Bazada təkcə azərbaycanlılar işləmir ki?! Burada digər millətlərin də nümayəndələri fəaliyyət göstərirlər. “OMON” tərəfindən keçirilən reyd onlara da aiddir. Orada çoxlu adamlar olur. Çoxlu adam olan yerdə cinayətkarların da olması mümkündür. Ona görə də, “OMON”un reyd keçirməsi təəccüblü bir şey deyil. Keçirilən reyd nəticəsində saxlanılanlar var. Amma heç kəs həbs olunmayıb. Saxlanılanların sayı barədə dəqiq məlumat yoxdur. Onlar müxtəlif polis bölmələrinə aparılıblar. Polis yoxlamasını aparıb, qanunu pozmayan şəxsləri azad edəcək”.

 

Qeyd edək ki, bu gün səhər saatlarında “OMON” dəstələri Pokrovsk meyvə-tərəvəz bazasında əməliyyat keçiriblər. Onlar çoxlu sayda azərbaycanlını saxlayaraq polis şöbəsinə aparıblar. Bir müddət sonra isə azərbaycanlılar sərbəst buraxılıb. Bazarda işləyən həmyerlilərimiz APA-ya bildiriblər ki, Rusiya xüsusi təyinatlı polisinin məqsədi qeydiyyat problemi olan azərbaycanlılardan pul yığmaqdır.

 

Pokrovsk bazası Rusiyanın ən böyük meyvə-tərəvəz bazasıdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35