Rusiya Dövlət Dumasının bir qrup deputatı Suriyanın Hələb şəhərinə və Rusiyanın Xmeymimdəki aviabazasına səfər ediblər. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə deputat Sergey Qavrilov bildirib.
Parlamentarilər Dəməşqdə Suriya prezidenti, parlamentin sədri və yerli pravoslav kilsəsinin patriarxı ilə görüşlər keçiriblər.