Rusiya səfirinin qatilinin adına bank hesabı açılıb - <span style="color:red;">Öldürüldükdən sonra
18 mart 2017 17:12 (UTC +04:00)

Rusiya səfirinin qatilinin adına bank hesabı açılıb - Öldürüldükdən sonra

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mevlud Mert Altıntaşın adına bank hesabı aşkar edilib.

 

Lent.az-ın xarici KİV- ə istinadən məlumatına görə, türk banklarından birində aşkarlanan bu bank hesabı Mert Altıntaşın ölümündən bir neçə saat sonra açılıb.

 

İlkin araşdırma zamanı bank hesabının açılması üçün istifadə edilən əlaqə nömrəsinin sahibi tapılıb. S.A adlı həmin şəxs ifadəsində çobanlıq etdiyini deyib və M.Altıntaşın internetdə yayılan şəxsi məlumatlarından istifadə edərək bank hesabı açdığını etiraf edib. S.A.-nın dələduzluq məqsədi ilə həmin bank hesabını açdığı təxmin  edilir.

Araşdırma zamanı Mert Altıntaş vurulduqdan təxminən 2 saat yarım sonra mail yazışmalarının silindiyi də ortaya çıxıb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən il dekabrın 9-da Ankara Müasir Sənət Mərkəzindəki sərginin açılışı zamanı öldürülüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar