Rəfsəncani “X günü”nə hazırlığa başlayıb
31 oktyabr 2014 19:00 (UTC +04:00)

Rəfsəncani “X günü”nə hazırlığa başlayıb

İran İslam Respublikası Dini Ekspertlər Şurasının rəhbəri ayətullah Məhəmmədrza Məhdəvi Kəninin vəfatı hakimiyyətiçi mübarizəyə yeni təkan verib.

 

2002-ci il parlament və 2005-ci il prezident seçkilərində məğlubiyyətə uğramış keçmiş prezident, hazırda Məsləhət Şurasına rəhbərlik edən Əli Əkbər Haşimi-Rəfsəncani kölgədən çıxaraq, yenidən mübarizəyə başlayacağını bildirib.

 

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, ötən gün o, Dini Ekspertlər Şurasına seçkidə iştirak edəcəyini bəyan edib. Qeyd edək ki, bir neçə gün əvvəl onun bu siyasi kampaniyaya qatılmayacağı haqda xəbər yayılmışdı. O, bu məlumatı təkzib edərək, bildirib ki, xəbərlərin yayılmasına məsuliyyət daşıyanlar, ona aydınlıq gətirə bilmir.

 

Dini Ekspertlər Şurasının hüquq və vəzifələri haqda İran Ana Yasasının 8-ci fəslində bildirilib ki, bu qurum ümumxalq səsverməsi ilə formalaşır. Şura üzvləri öz aralarından quruma sədr seçirlər. Bundan sonra fəqihlərdən ibarət olan bu qurum ölkəyə ali rəhbəri (ayətullah Seyid Əli Xamneyinin tutuduğu vəzifə) seçir.

 

Xüsusi olaraq qeyd etmək lazımdır ki, başqa seçkilər kimi Dini Ekspertlər Şurasının da seçkisini Nəzarət Şurası həyata keçirir. Bu şura isə ali rəhbərini nəzarəti altında fəaliyyət göstərir. 12 nəfərdən ibarət olan bu qurumun üzvlərinin yarısını ali rəhbər təyin edir. 

 

86 nəfər din xadimindən (müctəhidlərdən, müstəqil fitva verən din xadimi) formalaşan Dini Ekspertlər Şurası son seçki 2011-ci ildə keçirilib. 3 il öncə prezident seçkisində mühafizəkarlara uduzan Rəfsəncaninin bu şuraya seçilməsi, namizəd göstərilməsi  əngəllənmişdi.

 

Rəfsəncaninin bu seçkiyə qoşulmaq istəyini 26 ildən sonra revanş kimi dəyərləndirmək olar. Çünki 1989-cu ildə ayətullah Ruhulla Xomeyni öləndən sonra onu Rəfsəncaninin əvəzləyəcəyini, ehtimal edənlər də az deyildi. Elə Rəfsəncani də bu vəzifəni tutacağını gözləyirdi. Ancaq o vaxt hadisələr onun xeyrinə inkişaf etmədi.

 

Nəticədə Rəfsəncani 8 il prezident vəzifəsini tutdu. 1997-ci ildə bu vəzifədə onu 8 il müddətinə Məhəmməd Xatəmi əvəz etdi. Həmin illərdə də Rəfsəncani ilə ayətulla Seyid Əli Xamneyi arasında birbaşa və dolayı yolla gizli mübarizə davam edib. İranın ali rəhbəri Rəfsəncaniyə ilk zərbəni 2002-ci ilin parlament seçkisində vurub. Onda Tehran əyalətindən namizədliyi irəli sürülən Rəfsəncani yetərincə səs toplaya bilmədi. Seçkidə baş verən saxtalaşdırma ilə bağlı onun Xamneyiyə şikayəti də cavabsız qaldı.

 

Ayətullah Xamneyi cərrahiyyə əməliyyatı olandan sonra İranda «X günü» ilə bağlı rahatsızlığın artdığı istisna edilmir. Bu baxımdan, İslam Respublikasının bütün mənalarda gələcəyi ilə əlaqədar narahatlıq az deyil.

 

Əgər 1979-cu ildə hakimiyyət başına gətirilən ayətullah Ruhullah Xomeyninin zamanında «X günü» haqda nəinki danışmaq, düşünmək belə qorxulu idisə, indi bu yöndə hazırlıq getməkdədir. Qərblə danışıqlar da üstün mövqedə hakimiyyətiçi hansı xətt olacaq – mühafizəkarlar, yoxsa islahatçılar?

 

Özünü ikincilərdən saydığından Rəfsəncani Dini Ekspertlər Şurasına 3 ildən sonra yenidən namizədliyini irəli sürümək istəyir.

 

Ancaq seçkini keçirəcək qurum, Nəzarət Şurasının, eləcə də Dini  Ekspertlər Şurasının mühafizəkarların əlində olduğundan keçmiş prezidentin bu seçkidə uğur qazanmaq ehtimalı az görünür.

 

Heç kimə sirr deyil ki, Rəfsəncani «X günü»ndə hakimiyyəti ələ keçirmək istəyir. Amma bu yolda onun ciddi maneələr tuş olacağı da istisna edilmir. Onların sırasında mühafizəkarların əsas namizədləri bunlardır – keçmiş ədliyyə nazirləri ayətullah Mahmud Haşimi-Şahrudi və Məhəmməd Yəzdi, indiki ədliyyə naziri Sadiq Laricani. Bu nazirliyin rəhbərlərini ali rəhbər təyin edir. Odur ki, onlar ali rəhbərə sədaqətli olurlar.

 

Xatırladaq ki, Dini Ekspertlər Şurasına  növbəti seçki 2016-cı ilin fevralında keçiriləcək və 2009-cu ildə kütləvi etirazları dəstəkləyənlərin təkrar namizədliyinin qeydə alınmayacağı gözlənilir. Bu baxımdan, Rəfsəncaninin namizədliyini qeydə alınacağı indiki şərait üçün şübhəlidir. Çünki o, 2009-cu ildə «yaşılları» , Mirhüseyn Musəvi və Mehdi Kərrubini dəstəkləyənlərdəndir.


Xamneyi hakimiyyətdən gedəcəyi halda nə baş verə bilər?

 

- Heç şübhəsiz, İranda hakimiyyətiçi qüvvələrin bəziləri keçmiş prezident Ələkbər Haşimi-Rəfsəncaniyə gözlərini dikib. Odur ki, onu Rəfsəncaninin əvəzləməsi ehtimalı az deyil. Nəzərə alsaq ki Rəfsəncani Qərbin ünvanına xoş sözlər deməyi də unutmayıb, düşünmək olar ki, bu namizəd Qərbin də maraqlarına cavab verir.

Bundan başqa o, İran hakimiyyəti daxilindəki islahatçı sayılan qüvvələri dəstəklədiyini də gizlətmir.

 

Ancaq bir məqama, Rəfsəncanin də Xamneyi ilə yaşıd olduğuna diqqət yetirmək lazımdır. Heç şübhəsiz, bunlar İrandakı siyasətin patriarxı sayılır. Bu siyasətçilər inqilab edib və 35 ildir ölkəni idarə edirlər. Ona görə həmin şəxslərin siyasətdə varlığı və çıxışları, əməlləri önəmli sayılmaqla yanaşı İslam Respublikasının, rejimin mövcudluğunun az qala təminatı sayılır.

 

- Aytəullah Seyid Əli Xamneyidən daha mühafizəkar olan Mispah Yəzdinin də adı hallanır. Ancaq onun hərbçilər tərəfindən dəstəklənəcəyi ehtimalı azdır. 

 

- Xamneyinin oğlu Müctəbah Xamneyini hərbçilərlə münasibətinin daha yaxın olduğu bildirilir. Bu baxımdan, onun da atasını əvəz edə biləcəyini istisna etmək olmaz. Düzdür, bir vaxtlar ayətullah Xomeynini də oğlu Əhməd Xomeyninin əvəzləyəcəyi deyilirdi. Ancaq bu ona qismət olmadı. Atasının vəfatından bir müddət sonra o, öldü. Onun zəhərlənilməsi haqda da xəbərlər gəzməkdədir.

 

- «X günü»n də İranda müvəqqəti şura yarana bilər. Yaxud  Haşimi-Rəfsəncanin başçılıq etdiyi Məsləhət Şurası bu funksiyanı üzərinə götürər. Bu qurum hakimiyyətin ən yüksək qurumları arasında yaranmış mübahisələri həll etməklə məşğuldur.

 

- Onu da qəbul etmək lazımdır ki, İran İslam Keşikçiləri Qvardiyasının mövqeyi həlləedicidir. Ölkəyə demək olar ki, bu hərbi qurum nəzarət edir. Onun bütün sahələri əhatə və idarə edən bölmələri mövcuddur. Hazırkı şəraitdə onlar ayətullah Seiyd Əli Xamneyini və ya onun apardığı siyasi xətti müdafiə edirlər. Bu baxımdan, «X günü»ndə ölkədə hərbi diktaturanın yaranacağını da istisna etmək olmaz (Misir timsalında). Yeri gəlmişkən, Məhəmmədrza şah devrildikdən sonra İranda hərbçilərin hakimiyyətə gətirilməsi cəhdi uğursuzluqla yekunlaşdı.

 

- Hazırda nəzarət altında saxlanılan keçmiş baş nazir Hüseyn Musəvi və parlamentin keçmiş sədri Mehdi Kərrubi, onlara bağlı qüvvələr hakimiyyətdəki islahatçı sayılanlarla birlikdə keçid hökumət formalaşdıra bilər.

 

- İran müxalifətini, özəlliklə, Xalq Mücahidləri Təşkilatını, milli müxalifəti də diqqətdən kənar saxlamaq düzgün olmaz. Onların iştirakı ilə koalision hakimiyyətin qurula biləcəyini ehtimal etmək olar. 

 

Onu da nəzərə almaq lazımdır ki, 1979-cu il inqilabının sağ qalan və ölkəni idarə edən, yaxud idarəçilikdə təmsil olunan liderlərinin, «köhnə qvardiyaçıların» yaşı azından 80-ə yaxındır. Bundan əlavə, onların baxışlarının yeni dünya düzəni ilə uzlaşacağı da gözlənilmir. Əgər uzlaşsaydı, indi fərqli İran olardı. Bu baxımdan, İranda yeni nəslin siyasi meydana çıxacağı da istisna edilmir.

 

Beləliklə, Haşimi-Rəfsəncaninin İranda hakimiyyəti ələ keçirmək üçün yeni çabasının məğlubiyyətə uğrayacağı ehtimalı çoxdur. Onun namizədliyini irəli sürməsi cəhdi isə hakimiyyətə gəlməyə səy etməkdən başqa bir şey deyil…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1040

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03