<b>NATO qırıcısı Rusiya müdafiə nazirinin təyyarəsinə yaxınlaşdı - <span style="color:red;">ATƏŞ XƏBƏRDARLIĞI </b>
21 iyun 2017 14:23 (UTC +04:00)

NATO qırıcısı Rusiya müdafiə nazirinin təyyarəsinə yaxınlaşdı - ATƏŞ XƏBƏRDARLIĞI

0
NATO qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə rusiyalı nazirin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib.
 
Kalininqrada gedən S. Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus SU-27 qırıcı təyyarələrdən ibarət mühafizə dəstəsi müşayiət edib.
 
Bu vaxt NATO qırıcılardan biri müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib.
 
Lakin onların arasına keçən mühafizə dəstəsindəki SU-27 qırıcısının pilotu təyyarədəki silahları nümayiş etdirərək atəş açacağı barədə xəbərdarlıq edib.
 
Bundan sonra NATO qırıcısı hadisə yerindən uzaqlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar