Qazaxıstanın Karakiyan rayonunun Kurık qəsəbəsində 79 Azərbaycan vətəndaşı saxlanılıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, ”Enerqomost LTD” şirkətində çalışan azərbaycanlıların rəsmi işləmək icazələri yox imiş.
Məlumata görə, saxlanlanların bir neçəsi cərimə edilib. Qalanları isə inzibati qaydada həbs olunublar.