Mixail Qorbaçovun ölüm xəbəri bu dəfə də yalan çıxıb. Lent.az-ın rus mətbuatına istinadən verdiyi məlumatna görə, “RiaNovosti” xəbər agentliyinin Twitter akkauntu oğurlanıb və yanlış xəbər ordan yayılıb. Keçmiş SSRİ-nin keçmiş prezidenti özü haqqında çıxan xəbərləri təkzib edib: “Mən sağ-salamatam, bəsdirin, Qorbaçovun adıyla oynadınız”.