Keçmiş sevgilisini otağına girib güllələdi
31 may 2014 13:00 (UTC +04:00)

Keçmiş sevgilisini otağına girib güllələdi

Türkiyənin İzmir şəhərində 33 yaşı kişi keçmiş sevgilisini güllələyib. Lent.az-ın hurriyet.com.tr-yə istinadən məlumatına görə, adı açıqlanmayan kişi köhnə sevgilisi olan 37 yaşlı qadının evinə gəlib və qapını döyüb. Qapının açılmadığını görən şəxs onu sındırıb və evə daxil olub. O, keçmiş sevgilisi ilə bərabər evdə olan kişini güllələyib. 37 yaşlı qadın 5 güllə yarası alıb. Qadının yeni sevgilisi K.K. isə qarnından yaralanıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimin sözlərinə görə, yaralıların həyatı təhlükəsi var.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq davam edir. 

 

Bilidilir ki, hadisəni törədən şəxs keçmiş sevgilisinin başqa kişi ilə görüşməsindən xəbərdar olub və buna görə də onları güllələməyə qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1619
avatar

Oxşar yazılar