Macarıstan məhkəməsi 2015-ci ilin payızında Serbiya sərhədində suriyalı qaçqına badalaq vurmuş qadın operatoru 3 il müddətə şərti olaraq azadlıqdan məhrum edib.
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, N1 telekanalının operatoru Petro Laslonun suriyalı qaçqına badalaq vurması anının əks olunduğu video sosial şəbəkələrdə geniş yayılaraq ictimaiyyət tərəfindən sərt tənqid olunub.
Prokurorluq telekanaldan işdən qovulan Laslonu qarşı ötən ilin sentyabrında xuliqanlıqda ittiham edib.
Hakim cəmiyyətin qəzəbinə səbəb olmuş Petro Laslonun hərəkətlərini ictimai asayişin pozulması kimi dəyərləndirib.
Qeyd edək ki, Laslonun badalaq vurduğu qaçqın hazırda İspaniyanın futbol klublarından birində çalışır.