Rusiya ABŞ nümayəndələrinin işgüzar səfərlərinə həmişə məmnundur, çünki görüşlər müəyyən məsələlərdə həmfikirliyə, ciddi məsələlərdə irəliləyişə nail olmağa şans yaradır. APA-nın “RİA Novosti”yə istindən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada ABŞ dövlət katibi Con Kerri ilə görüşü zamanı deyib.
“Biz, həqiqətən də, sizi görməyimizə şadıq, çünki biz, mən bunu zarafatsız deyirəm, adətən, müəyyən məsələlərdə həmfikirliyə nail olaraq, ikitərəfli və beynəlxalq məsələlərdə irəli gedə bilirik”, - deyə Rusiya prezidenti bildirib.