Böyük Britaniya polisi Boris Berezovskinin işgüzar partnyoru biznesmen Nikolay Qluşkovun ölümünü qətl kimi araşdırır.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə London polisinin məlumatında bildirilir.
“Meyitin yarılması nəticəsində N.Qluşkovun boğularaq öldüyü müəyyən edilib”, məlumatda deyilir.
Qeyd edək ki, 68 yaşlı Nikolay Qluşkov martın 13-də Londonda dünyasını dəyişib.