Pakistanda Əfqanıstanın Kunar əyalətinin qubernator müavini oğurlanıb.
APA-nın məlumatına görə, bu barədə DAWN nəşri Pakistan polisinə istinadən məlumat yayıb.
Hadisə cümə günü Peşavar şəhərində baş verib, ancaq KİV bu barədə bu gün məlumat əldə edib. Peşavara müalicə məqsədi ilə gələn Kunar əyalətinin qubernatorunun müavini Qazi Məhəmməd Nəbi Əhmədini naməlum istiqamətə aparıblar. Hələ ki, heç bir qruplaşma qubernator müavininin oğurlanmasına görə məsuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki, Q.M.N. Əhmədi keçən ilin sentyabrında Əfqanıstan hökuməti ilə sülh müqaviləsi imzalayan İslam Partiyasının rəhbərliyində təmsil olunur.