Özünü güllələyən erməni əsgər öldü
07 may 2018 11:11 (UTC +04:00)

Özünü güllələyən erməni əsgər öldü

Bir neçə gün öncə Ermənistanın Armavir rayonunda xidmət apararkən silahla ehtiyatsız davranma nəticəsində başından yaralanmış erməni əsgər bu gün səhər saatlarında ölüb.

 

Lent.az aravot.am-a istinadən bildirir ki, ölən əsgər 19 yaşlı Levon Torosyandır. Ailənin tək uşağı olan Torosyanın müəmmalı ölümü ilə bağlı İrəvan Hərbi Prokurorluğunda cinayət işi açılıb.

 

19 yaşlı əsgərin hərbçi yoldaşları tərəfindən öldürülməsi ilə bağlı məluatlar da yayılıb.

 

Qeyd edək ki, Levon Torosyan adlı əsgərin özünə odlu silahdan atəş açması ilə bağlı xəbərlər mayın 5-də yayılsa da, Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləməmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Tural TURAN

Oxşar yazılar