Ötən il törədilən 13 500 terror aktı nəticəsində 33 min nəfər ölüb
20 iyun 2015 02:18 (UTC +04:00)

Ötən il törədilən 13 500 terror aktı nəticəsində 33 min nəfər ölüb

2014-cü ildə dünyada terror aktlarının sayı, demək olar ki, iki dəfə artıb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin illik hesabatında bildirilir.  

 

Qurumun məlumatına görə, 2014-cü ildə törədilən 13 500 terror aktı nəticəsində 33 min nəfər ölüb. Terror aktlarının sayı 2013-cü ildən (10 min terror aktı olub) 35 faiz, qurbanların sayı isə (18 min ölüm faktı) 81 faiz artıb.  

 

Hesabatda qeyd olunur ki, artım İraq, Əfqanıstan və Nigeriyada zorakılığın aktivləşməsi ilə bağlıdır.

 

Məlumata görə, 2014-cü ildə hər birində qurbanlarının sayı 100 nəfərdən çox olan 20 terror aktı törədildiyi halda, 2013-cü ildə cəmi 2 analoji terror hadisəsi qeydə alınıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 85
avatar

Oxşar yazılar