Nyu-Yorkda Müqəddəs Patrik günü münasibətilə 150 min insanın iştirakı ilə yürüş keçirilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yürüş iştirakçıları hökumətdən miqrasiya siyasətinə yenidən baxmağı tələb ediblər.
Yürüşdə Nyu-Yorkun meri Bill de Blazio, şəhərin polis komissarı Ceyms Onil və Nyu-York ştatının qubernatoru Endryu Kuomo iştirak ediblər.
“Hökumət ölkədə yaşayan insanları bir-birindən ayırmaq istəyir. Lakin Nyu-York – irlandiyalılar, italyanlar, yəhudilər, müsəlmanlarındır. Birimizə edilən hücumu hamımıza edilmiş hücum kimi dəyərləndiririk”, deyə E.Kuomo bildirib.