Niqabı açmaqdan imtina edən qadın cəzalandırıldı
11 noyabr 2016 21:56 (UTC +04:00)

Niqabı açmaqdan imtina edən qadın cəzalandırıldı

İtaliyanın Pordenone şəhər məhkəməsi 40 yaşlı müsəlman qadını ictimai yerdə niqabı açmaqdan imtina etdiyi üçün əvvəl dörd ay müddətindən azadlıqdan məhrumetmə cəzası verib, sonradan isə bu cəzanı 30 mina avro cərimə ilə əvəzləyib.

 

Oxu.Az məlumatına görə, bu barədə Messaggero Veneto nəşri yazır.

 

Hadisə 20 gün əvvəl baş verib. Uzun müddət İtaliyada yaşayan və bu ölkənin vətəndaşlığını alan alban əsilli qadın San-Vito-al-Talyamento (Pordenone vilayəti) şəhərinin meriyasına oğlunun iştirak etdiyi Uşaq Şurasının iclasına gəlib.

 

Şəhəri merinin çoxsaylı xahişinə baxmayaraq, qadın niqabını açmaqdan imtina edib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları qadının şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə onu zaldan çıxarıblar, lakin müsəlman qadın polisin əlindən çıxaraq yenidən zala qayıdıb. Bu səbəbdən Uşaq Şurasının iclası dayandırılıb.

 

Adı açıqlanmayan qadın barəsində araşdırma başlanılıb və o 30 min avro məbləğində cərimə olunub.

 

Qeyd edək ki, İtaliya hökümətinin 1975-ci ildə qəbul etdiyi qərara əsasən, ictimai yerlərdə şəxsiyyəti müyyənləşdirməyə çətinlik yaradan geyim və aksesuarlar qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar

Özbəkistanda zəlzələ  oldu

Özbəkistanda zəlzələ oldu

6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

6 iyul 2025 , 07:30