Netanyahu Ukrayna baş nazirinin səfərini ləğv etdi
25 dekabr 2016 07:36 (UTC +04:00)

Netanyahu Ukrayna baş nazirinin səfərini ləğv etdi

İsrailin baş naziri Binyamin Netanyahu Ukrayna baş naziri Vladimir Qroysmanın ölkəyə gələn həftə planlaşdırılmış səfərini ləğv edib.     

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qərarın verilməsinə səbəb Ukraynanın BMT TŞ-nin İsrailin məskunlaşma proqramına qadağa qoyan qətnaməsini dəstəkləməsi olub.   

 

“Ukrayna BMT TŞ-nin  məskunlaşmaya qarşı qətnaməsini dəstəkləməsinə etiraz əlaməti olaraq  səfəri ləğv etmək qərara alınıb”, - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ötən gün İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnamə qəbul edilib.

 

Sənəddə həmçinin qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalıdır, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.

 

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.

 

İsrail qətnaməni icra etməyəcəyini  bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35