Netanyahu Mahmud Abbas ilə görüşmək istəmir
08 dekabr 2016 05:40 (UTC +04:00)

Netanyahu Mahmud Abbas ilə görüşmək istəmir

İsrailin baş naziri Benyamin Netanyahu Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas ilə Parisdə,  İsrail-Fələstin münaqişəsinin nizamlanmasına dair beynəlxalq konfrans çərçivəsində görüşməkdən imtina edib.

 

APA-nın BBC –yə istinadən verdiyi xəbərə görə,  konfrans Fransa paytaxında dekabrın 21-22-də keçiriləcək. İki gün davam edəcək konfransa 50-dan çox ölkənin rəsmiləri dəvət edilib.

 

İsrail baş nazirinin mətbuat xidmətindən bildirilib ki, Benyamin Netanyahu Abbasla yalnız birbaşa danışıqlara getməyə razıdır. Baş nazirin qənaətinə görə, Parisdə münaqişənin nizamlanmasında heç bir irəliləyiş olmayacaq. Fələstin administrasiyası isə əksinə, Fransanın təşəbbüsü ilə  baş tutan tədbiri dəstəkləyib.

 

Qeyd edək ki, sentyabr ayında İsrail Moskvada Abbas ilə danışıqlardan imtina edib. Beləliklə, 2014-cü ilin aprelindən, ABŞ-ın vasitəçiliyi ilə baş tutan dialoqun iflasa uğramasından sonra İsrail və Fələstin arasında sülh danışıqları faktiki olaraq  dondurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35