İsrail çalışacaq ki, Yaxın Şərq üzrə istənilən nizamlanma ssenarisində Fələstin dövləti ilə şərq sərhədini bildirən İordan vadisinə nəzarət yəhudi dövlətində qalsın.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidentinin köməkçisi Con Boltona açıqlamasında bildirib.
Netanyahu Boltonu, beynəlxalq hüquq normalarına görə, işğal olunmuş ərazilərə baxmağa dəvət edib və vəd verib ki, ABŞ administrasiyası regional sülh planlarının formalaşmasında İsrailin narahatlıqlarını görəcək.
“İordan vadisi ölkəmizin müdafiəsi üçün minimal strateji dərinlik və hündürlüyü təmin edir. Sülh razılaşmasının istənilən variantında mövqeyimiz bizim maraqlarımız və ümumi təhlükəsizliyimiz naminə İsrailin burada mövcudluğundan ibraətdir”, - Netanyahu belə deyib.