Meksikanın Salamanka şəhərində “Pemex” neft şirkətinin toplayıcı və paylaşdırıcı terminalında baş vermiş partlayış nəticəsində dörd nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış ötən gün baş verib. “Pemex” şirkəti bundan əvvəl 8 nəfərin xəsarət aldığını bildirmişdi.
İnsident nəticəsində yaralanan 4 fəhlənin vəziyyətinin ağır olduğu bildirir.
Hadisənin başvermə səbəbləri araşdırılır.