NATO-nun Е-3А AWACS kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçuş həyata keçirib.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Almaniyanın Qaylenkirhen bazasından havaya qalxan LX-N90447 bort nömrəli təyyarə Kalininqrad vilayətinə cənubdan yaxınlaşıb.
Məlumata görə, təyyarə Polşanın hava məkanında 9500 metr hündürlükdən Rusiya ərazisini izləyib.