NATO Moldovada ofis açır
07 fevral 2017 23:31 (UTC +04:00)

NATO Moldovada ofis açır

NATO Moldovada əlaqə ofisi açmaqla, bu ölkəyə hərbçi göndərmək niyyətində deyil. Bu, sadəcə, diplomatik missiyadır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Alyansın baş katibinin müavini Rouz Getemüller deyib.   

 

Qeyd edək ki, Moldova prezidenti İqor Dodon bundan əvvəl Kişinyovda NATO-nun Əlaqə Bürosunun yaradılmasının əleyhinə olduğunu qeyd edib.  

 

“Bu il Kişinyovda NATO-nun əlaqə üzrə yeni ofisi yaradılacaq. Bu hərbi baza deyil, mülki şəxslərin çalışacağı kiçik bir diplomatik missiyadır. NATO hərbçiləri Moldovaya göndərilməyəcək. NATO-nun ofisləri Moskva, Ukrayna, Gürcüstan kimi digər tərəfdaş ölkələrdə də yaradılmışdır”, - deyə Getemüller Dodonla görüşündən sonra bildirib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar