Rusiyanın paytaxtı Moskvada polis “qanuni oğru”ları “sxodka” zamanı yaxalayıb. Lent.az-ın Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, operativ əməliyyatçılar paytaxtın Cənub-Qərbindəki mehmanxanalardan birinin restoranında kriminal avtoritetlərin görüşündən xəbər tutublar.
Görüşün məqsədi görüləcək işlərin koordinasiyası və təsir sferaları ilə bağlı bir sıra məsələlərin müzakirəsi olub. “Sxodka”ya Novosibirsk kriminal dairəsinin nümayəndəsi və 3 “qanuni oğru” – Tver, Moskva vilayəti və Qaraçay-Çərkəz Respublikasından olanlar qatılıblar.
Qeyd edək ki, tutulanların sayının 10-dan çox olduğu bildirilir.