Məhkəmə sədri də daxil olmaqla 7 nəfəri öldürdülər
05 iyun 2016 19:04 (UTC +04:00)

Məhkəmə sədri də daxil olmaqla 7 nəfəri öldürdülər

Əfqanıstanın Loqar əyalətində “Taliban” hərəkatının döyüşçülərinin məhkəmə binasına hücumu nəticəsində yeddi nəfər həlak olub, 23 insan yaralanıb. Lent.az Azərtac-a istinadən xəbər verir ki, ölənlər arasında hücumdan bir neçə saat əvvəl təyin edilmiş Apellyasiya Məhkəməsinin sədri də var. Məlumatda bildirilir ki, üç talibançı məhkəmə binasına daxil olaraq təhlükəsizlik xidmətinin əməkdaşlarına atəş açıb. Təxminən iki saat davam edən atışma nəticəsində hücumçular məhv edilib.

 

“Associated Press” yazır ki, bir ay əvvəl Əfqanıstan hökuməti tərəfindən “Taliban”ın altı döyüşçüsünün cəzalandırılmasından sonra hərəkat üzvlərinin məhkəmə binalarına hücumları tez-tez baş verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

Oxşar yazılar