Maşın 12 uşağı xəstəxanalıq edib
23 fevral 2018 04:57 (UTC +04:00)

Maşın 12 uşağı xəstəxanalıq edib

0

Slovakiyanın Poprad şəhəri yaxınlığında minik avtomobili 5-12 yaşlarında olan bir qrup uşaqlara çırpılıb, 12 nəfər xəsarət alıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, sürücünün  döngədə idarəetməni itirməsi qəzaya səbəb olub. Nəticədə avtomobil damı üstə aşaraq yolun kənarı ilə gedən bir qrup qaraçı uşaqlara çırpılıb.   

 

Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, 4 nəfərin – orta ağır, qalanların isə yüngüldür.  

 

Polis araşdırma aparır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar