Marşal Yazov xəstəxanaya düşdü
02 may 2017 20:20 (UTC +04:00)

Marşal Yazov xəstəxanaya düşdü

SSRİ-nin sonuncu müdafiə naziri, marşal Dmitri Yazov P.Mandrıla adına Moskva mərkəzi hərbi kliniki hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 92-yaşlı Yazov beyin qan dövranın kəskin pozuntusu diaqnozu ilə xəstəxanaya yerləşdirilib.  

 

Məlumata görə, Yazova intensiv tibbi yardım göstərilib,  yaxın zamanda onun reanimasiyadan palataya köçürülməsi gözlənilir.  

 

Dmitri Yazov 1924-cü ilin noyabrın 8-də anadan olub. Sovet İttifaqının marşalı hərbi rütbəsi verilmiş (1990-cı il) sonuncu komandandır. Yazov 1987-91-ci illərdə SSRİ-nin müdafiə naziri olub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar