Maldivdə fövqəladə vəziyyət tətbiq edildi
05 fevral 2018 20:52 (UTC +04:00)

Maldivdə fövqəladə vəziyyət tətbiq edildi

0

Maldiv Respublikasının prezidenti Abdulla Yamin ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edib.

 

APA-nın məlumatına görə, bu barədə “The Hindu” xəbər verib.

 

Qərar ölkədə yaşanan siyasi böhranla bağlıdır. Fövqəladə vəziyyət 15 gün davam edəcək.

 

Bundan əvvəl məlum olub ki, Maldiv Respublikasının Ali Məhkəməsi dövlət başçısını vəzifəsindən kənarlaşdırmaq niyyətindədir. Buna səbəb Abdulla Yaminin sabiq prezident Məhəmməd Naşidə qarşı irəli sürülmüş ittihamları ləğv etməsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 493

Oxşar yazılar