Liviyada bir qrup silahlı neft yatağını ələ keçirdi
05 noyabr 2014 23:01 (UTC +04:00)

Liviyada bir qrup silahlı neft yatağını ələ keçirdi

Liviyada bir qrup silahlı Əl-Şarara neft yatağını ələ keçirib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yataqda işlər dərhal dayandırılıb.

 

Şahidlərin sözlərinə görə, ərazidə atəş səslər eşidilir. Hadisənin digər təfərrüatları məlum deyil.

 

Qeyd edək ki, Əl-Şarara neft yatağında gündə 200 min barel neft hasil olunur. Xatırladaq ki, bundan əvvəl toqquşmalar nəticəsində Benqazi şəhərindəki ticarət limanı bağlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar