KİV: ABŞ Çinlə ticarət sahəsində danışıqları bərpa edib
10 iyul 2019 04:59 (UTC +04:00)

KİV: ABŞ Çinlə ticarət sahəsində danışıqları bərpa edib

 

ABŞ və Çin ticarət mübahisəsinin nizamlanması üzrə məsləhətləşmələri bərpa edib. Danışıqlar üzrə amerikalı nümayəndə Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin çərşənbə axşamı günü bu problemi ÇXR Dövlət Şurasının sədr müavini Lyu Xe və kommersiya naziri Çjun Şanla müzakirə edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

“Hər iki tərəf bu danışıqları müəyyən edilmiş qaydada davam etdirir”, - deyə agentlik ABŞ administrasiyasının nümayəndəsindən açıqlamasından sitat gətirir. Açıqlamada hansı məsələlərin ABŞ və ÇXR tərəfindən müzakirə olunduğu deyilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719
avatar

Oxşar yazılar