Kim Çen In ordunu hücuma hazır olmağa çağırdı
25 mart 2016 07:38 (UTC +04:00)

Kim Çen In ordunu hücuma hazır olmağa çağırdı

0

Şimali Koreya lideri Kim Çen In artilleriya qoşunlarının genişmiqyaslı təlimi çərçivəsində çıxışı zamanı hərbçiləri hücum əmri verilən kimi Seuldakı  hökumət qurumlarına zərbələr  endirməyə hazır olmağa çağırıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə,  bu barədə “Renhap” agentliyi məlumat yayıb.

 

“Şimali Koreya Cənubi Koreyanın dövlət qurumlarını amansızcasına məhv etməklə ölkənin birləşməsinə nail olmalıdır”, - deyə Kim Çen In bildirib. Onun sözlərinə  görə, ordunun döyüş ruhu və hazırlığı daim yüksək səviyyədə saxlanılmalıdır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar