Kəşmirdə yaraqlılarla Hindistan hərbçilər arasında baş verən atışma nəticəsində 12 nəfər həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, sentyabrın 26-da polis uniforması geyinmiş bir qrup silahlı polis məntəqəsini gülləyə tutub, bundan sonra yaxınlıqdakı hərbi bazaya basqın edib.
Həmin polis məntəqəsi və hərbi baza Pakistanla sərhəddə yerləşir. Döyüş bir neçə saat davam edib.
Hindistanın baş naziri Manmoxan Sinqh basqını «vəhşilik» adlandıraraq, bildirib ki, həmin yaraqlılar sentyabrın 29-da Hindistan və Pakistan baş nazirlərinin nəzərdə tutulmuş görüşünü pozmaq istəyib.