Kanadada anomal istidən ölənlərin sayı 54 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə yerli CBC telekanalı Səhiyyə nazirliyinə istinadən məlumat verib.
Nazirlikdən bildiriblər ki, ölənlərin sayının artacağı istisna olunmur.
Kanadanın Kvebek əyalətində bir həftəyə yaxındır kı, anomal istilər davam edir.
***
Kanadada anomal istidən ölənlərin sayı 50 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 33 nəfərin öldüyü bildirilirdi.
Kvebek əyalətinin səhiyyə naziri Lüsi Çarlbua Monreal şəhərində 28, ümumilikdə isə ölkədə 50 nəfərin istidən öldüyünü təsdiqləyib.
Qeyd edək ki, bu günlərdə Kanadanın bəzi ərazilərində temperatur müsbət 40 dərəcəyə çatıb.