Rusiyanın Kalininqrad vilayətində «Yantar» gəmiqayırma zavodunda partlayış baş verib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, olay nəticəsində 4 nəfər xəsarət alıb, bir nəfər həlak olub.
Müstəntiqlər bildirib ki, «təmir –qaynaq işləri görülən zaman» gəminin bortundakı oksigen ballonu partlayıb.
Partlayış nəticəsində əmələ gəlmiş yanğını uzun müddət söndürmək mümkün olmayıb.