Əfqanıstanın paytaxtı Kabildə yerləşən Ali Məhkəmənin binası qarşısında partlayış nəticəsində 20 nəfər ölüb, 40 nəfər yaralanıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, partlayış məhkəmənin parklama meydançasında baş verib.
Məlumata görə, məhkəmə əməkdaşları parklama meydançasında avtobusa minərkən terrorçu-kamikadze avtomobildəki partlayıcı qurğunu işə salıb.