“The Restaurant” jurnalı dünyanın ən yaxşı restoranlarının reytinqini (“World’s 50 Best Restaurants 2019”) tərtib edib.
“APA-Economics”in sözügedən jurnala istinadən verdiyi məlumata görə, siyahının ilk pilləsində Fransanın Menton şəhərində yerləşən “Mirazur” restoranı qərarlaşıb. Restoranın şəxsi bağçası və balıq yeməkləri ilə tanınır. 2006-cı ildə açılan bu iaşə obyekti arıq 3 ildən sonra sözügedən reytinqdə ilk dəfə yer alıb. 2019-cu ildə isə restoran “Michelin”in üçüncü ulduzuna layiq görülüb.
Qeyd edək ki, bu reytinq 2002-ci ildən etibarən hazırlanır və müxtəlif ölkələrdən olan 800-dən çox aşpaz, restorator və tənqidçilərin fikrinə əsaslanır.
Dünyanın TOP-10 ən yaxşı restoranı:
# |
Restoran |
Şəhər |
1 |
Mirazur |
Menton, Fransa |
2 |
Noma |
Kopenhagen, Danimarka |
3 |
Asador Etxebarri |
Açondo, İspaniya |
4 |
Gaggan |
Banqkok, Tailand |
5 |
Geranium |
Kopenhagen, Danimarka |
6 |
Central |
Lima, Peru |
7 |
Mugaritz |
San-Sebastyan, İspaniya |
8 |
Arpège |
Paris, Fransa |
9 |
Disfrutar |
Barselona, İspaniya |
10 |
Maido |
Lima, Peru |