Türkiyədə 85 milyonluq rüşvət <span style="color:red;">QALMAQALI
30 mart 2016 12:57 (UTC +04:00)

Türkiyədə 85 milyonluq rüşvət QALMAQALI

İsveçrə dərman firmasının Türkiyədə rüşvətlə məşğul olduğu iddia edilib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İsveçrə dərman şirkəti “ Novartis”, reklam şirkəti vasitəsilə Türkiyədə  85 milyon ABŞ dolları dəyərində rüşvət paylayaraq yeni iş və rəqabət üstünlüyü qazanmaq ilə günahlandırılır.

 

İddialarda “Novartis” dərmanlarının dövlət xəstəxanaları tərəfindən satın alınması və iki dərmanın Türkiyədəki adının dövlət icazəsi ilə dəyişdirilməsi də yer alıb. İddialara görə, bu dərmanların adlarının dəyişdirilməsi başqa ölkələrdə eyni şirkət dərmanlarının qiymətlərinin ucuzlaşmasının qarşısını alır.

 

Naməlum şəxs tərəfindən irəli sürülən bu iddialarda “Novartis”in CEO-su Joe Jimenez, şirkətin yoxlama və qaydalar uyğunlaşma heyətinin sədri Srikant Datarın da adı yer alır.

 

Deyilənə görə, “Novartis” vaxtilə “Alp Aydın” müşavirlik şirkətinə 290 min dollar rüşvət verib. Sosial Müdafiə Qurumu tərəfindən aparılan araşdırma sonrası onlar arasındakı əlaqə də kəsilib.

 

“Novartis” isə bu iddiaları təkzib edib, əxlaq qurumlarına bağlılığını iddia edib və “Alp Aydın” şirkəti ilə işdən başqa bir əlaqənin olmadığını deyib.

 

O da bildirilir ki, “Alp Aydın” şirkəti yazdıqları reseptdə “Novartis Türkiyənin” dərmanlarına daha çox yer verən həkimlərin qohumlarını işə götürürmüş.  

 

“Novartis” şirkət təmsilçisi Eric Althoff uyğunsuz davranışlarla bağlı bu iddiaları ciddiyə aldıqlarını və araşdırmağa başladıqlarını deyib. Ancaq bu araşdırmalar haqqında ictimaiyyətə heç bir açıqlama verilməyəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326

Oxşar yazılar

PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45