İstanbulun Atatürk Beynəlxalq Hava Limanında terror aktının törədilməsində iştirak etməkdə şübhəli bilinən daha 17 nəfər saxlanılıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan 11-nin əcnəbi vətəndaşlar olduğu bildirilir.
Bundan əvvəl keçirilən əməliyyat zamanı 3-ü xarici vətəndaş olmaqla 13 nəfər saxlanılmışdı.
Xatırladaq ki, İstanbulun Atatürk Hava Limanında üç kamikadzenin törətdiyi terror aktı nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb.