Bu gün Türkiyənin İstanbul şəhərində iki dəfə zəlzələ baş verib.
Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, ilk zəlzələ 3,1 bal, ikinci dəfə - yarım saat sonra isə 4,6 bal gücündə baş verib.
Şəhərin bir çox yerində hiss edilən zəlzələnin episentri Silivri rayonu olub.
Türkiyənin Afət və Təcili Yardım İdarəsinin Zəlzələ şöbəsi zəlzələnin 5,36 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Silivri rayonunda bəzi məktəblər boşaldılıb.
İstanbul valiliyi hələ ki hər hansı bir zərərlə bağlı məlumat olmadığını açıqlayıb.